Siyasət

Əli Əsədov Vətən müharibəsi ilə bağlı sərəncamlar verdi

Sharing is caring!

Baş nazir Əli Əsədov Vətən müharibəsi ilə bağlı üç sərəncam imzalayıb.

Bununla bağlı Nazirlər Kabinetinin rəsmi saytı məlumat yayıb.

Birinci sərəncam “Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli 204-VIQD nömrəli Qanununun tətbiqi ilə bağlı bəzi məsələlər haqqındadır.

İkinci sənəd “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli 205-VIQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi məsələlər barədədir.

Üçüncü sərəncam isə “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli 205-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 dekabr tarixli 1195 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqındadır.

Bu sərəncamlar imzalandığı gündən qüvvəyə minir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir