Siyasət

Fəzail Ağamalı:QƏLƏBƏMİZİN LAÇIN ZİRVƏSİ

Sharing is caring!

Tarixi keçmişi çox zəngin olan Laçınımızın işğalçılardan azad olunması münasibətilə xalqımızı ürəkdən təbrik edirəm. Nəhayət, vandal və iblis ölkə üzərində zəfər çaldıq. İblis üzərində tarixi ədalətin təntənəsini rəqəmlər də təsdiqləyir.
44 gün Ali Baş Komandanın rəhbərliyilə ordumuzun zəfər yürüşü + 22 gün möhtərəm cənab prezidentin siyasi-diplomatik qələbəsi = 66 günə.
4 + 2 = 6
4 + 2 = 6
Bütün rəqəmlərin cəmi iblisin simvolu olan 66-dı; deməli, xilaskar Ali Baş Komandanımız İlham Əliyev iblis xislətli erməniliklə döyüşdü və qələbə qazandı.
Ustad Hüseyn Cavid demişkən:
Kəssə hər kim tökülən
qan izini,
Qurtaran dahi odur
yer üzünü!
Şuşayla bağlı paylaşımda yazmışdım ki, doğma dədə – baba yurdum olan Zəngəzurumuzu duymaq Şüşayla yaxındır. Lakin Laçınımıza qovuşmaqla onu bir nəfəs qədər duymaq daha yaxındır. Taleyin qismətinə çox Şükür ki, biz Qarabağımıza döndük. Ulu Tanrı bizə Zəngəzurumuza dönməyi nəsib etsin. Amin!
Zəfər günlərini Azərbaycan Xalqına yaşadan Ali Baş Komandanımız var olsun!
Yaşasın qəhrəman Azərbaycan Ordusu!
Eşq olsun Azərbaycan xalqına!
Fəzail Ağamalı,
Millət Vəkili, Ana Vətən Partiyasının sədri
01.12.2020

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir