Siyasət

Elçin Ağamalı:Ali Baş Komandan nə etdiyini bilir, sosial şəbəkə qəhrəmtövsiyyə anlarının və fikirlərinə ehtiyac duymur

Sharing is caring!

Bu gün atəşkəsin elan olunmasına və Rusiya sülhməramlılarının bölgəyə gətirilməsinə etiraz edənlər 5-6 il öncə Evrovision musiqi yarışmasına, Avropa oyunlarına, Nizami fondunun tədbirlərinə, Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə həyata keçirdiyi layihələrə, Belorusiyaya qaz borcunun ödənilməsi üçün Azərbaycanın köməyinə və s. hökumətin qərar və layihələrinə etiraz edən  şəxslərdir. Arqument nədən ibarətdir? Filan yerə xərclənən pulu camaatın arasında bölsəydilər daha səmərəli olardı. Qarın psıxologiyası ilə düşünən insanlar indi yenə fəallaşıblar. Məhz bu layihələrin və fəaliyyətlərin nəticədir ki, biz dünyada ikinci olan erməni diasporunun fəaliyyətinə qarşı dayana bildik və bir çox cəbhələrdə qalib gələ bildik. Əks halda digər dövlət və xalqlar niyə bizi dəstəkləməli idilər? Bəzən əvvəlki illərdə biz hər hansı bir dövlətin bizi dəstəkləməməsinə etiraz edirdik. Ancaq özümüzə sual verirdikmi niyə bu dövlət bizi dəstəkləmir? Atalar misalı var dostluq yaxşı şeydir bir gün sizdə bir gün bizdə. Prezidentimiz məhz bu çatışmamazlıqları vaxtında ortaya çıxararaq aradan qaldırılması üçün tədbirlər görmüşdür. Həyata keçirilən layihələr Azərbaycanın 2- ci Qarabağ müharibəsində arxa cəbhədə qalibiyyətinin əsas şərtlərindən olmuşdur.

Bəzi şəxslər Azərbaycan ordusunun və Ali Baş Komandanın müharibədə əldə etdikləri uğuru şübhə altına almaq istəyirlər. Nə var ki, müharibə sona qədər aparılmadı və Rusiya sülhməramlıları bölgəyə yerləşdirildi.

Həmin şəxslərin diqqətinə Azərbaycanın əldə etdiyi uğurları çatdırmaq istərdim.

1. Azərbaycan işğal olunmuş torpaqların 80 faizinədək hissəsini geri qaytarmış oldu. Xəritəyə diqqət etdikdə ermənilərin nəzarətində qalmış torpaqların təxminən Laçın və Kəlbəcərin ərazisi qədər olduğunu görmüş olarıq. Bu isə o deməkdir ki, ermənilər istəsələr belə bu ərazilərdə gələcəkdə müdafiə mexanizmləri qura bilməzlər. Çünki uzunluğu təqribən 40 km. eni isə təqribən 20 km. olan ərazidə hansı müdafiə istehkamlarının qurulmasından söhbət gedə bilər? Nəzərə alsaq ki, Azərbaycan ordusu strateji şəhərlərin – Xankəndi, Xocavənd və Ağdərənin sadəcə bir neçə kilometrliyində dayanıb bunu ağıldan keçirmək belə gülünc hissi doğurur.

2. Razılaşmaya əsasən, bölgəyə sülhməramlı qüvvələr yerləşdirilir. Bəzi çox savadlı dostlar sülhməramlı qüvvələrlə hərbi bazalarla qarışdırırlar. Halbuki bunlar tamamilə fərqli hüquqi və hərbi statusa aid məsələlərdir (bu haqda geniş yazmayacam. Kimə maraqlıdırsa əziyyətdən keçib özləri google- dan araşdırsınlar). Sülhməramlıların fəaliyyət müddəti ilkin olaraq 5 ildən ibarətdir və onların fəaliyyətinə son qoymaq dövlətimizin səlahiyyətindədir.

3. Hərbi əməliyyatların sona çatdırılması 3 rayonun itkisiz Azərbaycana qaytarılmasını təmin etdi. Bu isə yüzlərlə və bəlkə daha çox itkinin qarşısının alınması deməkdir.

4. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru yolunun bərpa olunacağını ağlından keçirən necə nəfər insan vardı? Ancaq bu gün bu arzu gerçək olmaq üzrədir.

5. Anlaşmaya əsasən, məcburi köçkünlər öz torpaqlarına qayıdacaqlar. Bu nə deməkdir? Deməli həmin ərazilərdə Azərbaycan valyutası və qanunları işləyəcək. Deməli bu torpaqların əlavə statusundan söhbət belə gedə bilməz.

Bu siyahını daha da artırmaq olar. Ancaq nəticə dəyişməyəcək. Nəticə isə ondan ibarətdir ki,

1. Azərbaycan işğal olunmuş torpaqların 80 faizinədək hissəsini geri qaytarıb;
2. Xalqımızın üzərindən utanc verici məğlubiyyət hissləri götürülüb;
3. Məğlub edilməz erməni ordusu mifi darmadağın edilib;
4. Güclü erməni diasporu Azərbaycan diasporuna məğlub olub;
5. Yüz minlərlə məcburi köçkün öz evlərinə qayıdacaq;
6. Azərbaycanın diplomatik nüfuzu dünya ölkələri içərisində artıb.
7. Azərbaycan dost və düşmənlərini tanımış oldu və s.

Deyilənləri nəzərə alaraq düşünürəm ki, Ali Baş Komandan nə etdiyini bilir və sosial şəbəkə qəhrəmanlarının tövsiyyə və fikirlərinə ehtiyac duymur.

İlham Əliyev bu gün mənim üçün Babək və Şah İsmayıl Səfəvi ilə eyni sırada duran bir şəxsiyyətdir. Bu gün əldə edilən uğurlar məhz onun siyasi, diplomatik, ordu quruculuğu fəaliyyətinin nəticəsidir. Mongol imperiyasının qurulması Çingiz xanın, Teymurilər dövlətinin qurulması Teymurləngin, Səfəvilər dövlətinin qurulması Şah İsmayıl Xətainin adı ilə bağlıdır. Kiminsə istəyib istəməməsindən asılı olmayaraq müasir Azərbaycan dövlətinin bütövlüyü İlham Əliyevin adı ilə bağlı olacaq. Yaşasın Ali Baş Komandan İlham Əliyev!!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir