Siyasət

BMT-dən Qarabağla bağlı razılaşmaya münasibət

Sharing is caring!

BMT Moskva, İrəvan və Bakı arasındakı razılaşmanı alqışlayır və bəyanatın şərtlərinin həyata keçirilməsində tərəflərə kömək etmək üçün hər şeyi edəcəkdir.

“RİA Novosti”nin məlumatına görə, bu sözləri BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

“Biz etdiklərinə görə Rusiya hakimiyyətinə çox minnətdarıq”, – deyə S.Düjarrik bildirib.

O, BMT Baş katibi Antonio Quterreşin əldə edilən razılaşma ilə əlaqədar olaraq “rahat nəfəs aldığını” qeyd edib.

“Rahatlıq hissimiz bunun mülki əhalinin əzablarına son qoyacağı ümidi ilə əlaqəlidir. Bu razılaşmanın əldə olunmasını alqışlayırıq. Bu müqavilələrin həyata keçirilməsində tərəflərə dəstək olmaq üçün əlimizdən gələni edəcəyik”, – deyə BMT Baş katibinin rəsmi nümayəndəsi bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir