Siyasət

Ərdoğan: “Minsk qrupu 28 illik işğaldan bəhs etmədi, Azərbaycan problemi özü həll etdi”

Sharing is caring!

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada 12-ci Səfirlər Konfransında Qarabağdan danışıb.

Bu barədə “Haber Global” məlumat yayıb.

“Biz Azərbaycan ərazilərinin işğalına susa bilmədik və susmadıq. Onlar bizim qardaşlarımızdır, soydaşlarımızdır. Minsk qrupu 28 ildir davam edən bu amansız işğala həll yolu təqdim etmədi. Yalnız vaxt itkisi oldu.

Azərbaycanlı qardaşlarımız öz problemlərini özləri həll etdilər. Qardaşımız İlham Əliyevi ekrandan dinlədik. Şuşanın xilası ilə sevincimiz artdı.

İnşallah, işğal olunmuş Azərbaycan torpaqları qısa müddətdə sahiblərinə qaytarılacaq”, – deyə Türkiyə lideri qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir