Siyasət

İran XİN rəsmisi Bakıya gəlir

Sharing is caring!

İran xarici işlər nazirinin müavini Abbas İraqçı Azərbaycana səfər edəcək.

XəbərAl.Az xəbər verir ki, bunu Abbas İraqçının özü İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətində jurnalistlərə açıqlamasında deyib.
A.İraqçının sözlərinə görə, sərhəd bölgələr, xüsusilə Xudafərin körpüsü və Mil-Muğan su bəndi ilə yaxından tanış olacaq.
Nazir müavini əlavə edib ki, iki ölkə sərhədlərində və su bəndlərində təhlükəsizliyin təmin olunması əsas məqsədlərdəndir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir