manset Siyasət

“Qəhrəman övladlarımız, qollarınıza qüvvət!” – Deputatdan döyüşlərə reaksiya

Sharing is caring!

“Müdafiə Nazirliyimizin verdiyi rəsmi məlumata görə, işğalçı Ermənistan Tovuz rayonu istiqamətindən təxribat törədərək ağır artilleriyadan mövqelərimizi intensiv atəşə tutub. İgid və qəhrəman əsgər, zabitlərimiz düşmənə ağır və sarsıdıcı zərbə endirərək işğalçı ölkənin çoxsaylı canlı qüvvəsini məhv edib”.

Bu fikirləri “Qafqazinfo”ya açıqlamasında millət vəkili Fəzail Ağamalı Ermənistan ordusu tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejiminin kobud şəkildə pozmasını şərh edərkən bildirib.

Deputatın sözlərinə görə, hazırda döyüşlər davam edir:

“Bütün xalqımız Ali Baş Komandan və Milli Ordumuzla bərabərdir. Düşmənə ağır və sarsıdıcı zərbələr vuraraq işğal olunmuş torpaqlarımızın azad olunmasını uzun illərdən bəridir ki, Silahlı Qüvvələrimizdən gözləyirik. Çox dəyərli qəhrəman övladlarımız, qollarınıza qüvvət! Düşməni məhv edin. Nəhayət, cənab prezidentimizin dediyi kimi, işğalçı ölkə qarşısında nida işarəsini reallaşdırın və adınızı əbədi olaraq tariximizə həkk etdirin. Uğurlar sizə, qələbə sevincini gözləyirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir