Siyasət

Çavuşoğlu Azərbaycan-Ermənistan sülh sazişi barədə: “Bu, Türkiyə-Ermənistan münasibətlərinə təsir edəcək”

Sharing is caring!


“Hərtərəfli sülh sazişinin imzalanmasında fayda var”.

Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu NTV-yə müsahibəsində deyib.

“Biz həmişə bu prosesi dəstəkləmişik. Uzunmüddətli sülh üçün ərazi bütövlüyünün tanınması önəmlidir. Hərtərəfli sülh sazişinin imzalanmasında fayda var. Hadisələr Türkiyə-Ermənistan münasibətlərinə də təsir edir. Atılacaq hər bir müsbət addım Türkiyə ilə Ermənistan arasındakı münasibətləri də müsbət mənada yaxşılaşdıracaq”, – deyə Çavuşoğlu qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir