Siyasət

Meksika-Azərbaycan Siyasi Məsləhətləşmələr Mexanizminin üçüncü toplantısı keçirilib

Sharing is caring!


Meksika-Azərbaycan Siyasi Məsləhətləşmələr Mexanizminin üçüncü toplantısı keçirilib.

Bu barədə Azərbaycanın Meksikadakı Səfirliyindən məlumat verilib.

Qeyd edilib ki, toplantı Meksikanın Xarici İşlər Nazirliyində keçirilib. İclasa Meksikanın xarici İşlər nazirinin müavini, səfir Karmen Moreno Toskano və Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov həmsədrlik ediblər.

Nazir müavini Karmen Moreno Toskano fürsətdən istifadə edərək, meksikalı pilot Serxio “Çeko” Peresin qalib gəldiyi Bakı şəhərində “Formula-1” üzrə Azərbaycan Qran-prisinin uğurlu keçirilməsi münasibətilə azərbaycanlı həmkarını təbrik edib.

Danışıqlar zamanı siyasi və iqtisadi əlaqələri intensivləşdirmək zəruriyyətinə toxunulub. Aqrosənaye sektoru daxil olmaqla, müxtəlif sahələrdə ticarət və sərmayələrə təkan vermək üçün böyük potensial mövcuddur. Kiçik və orta biznes xüsusi vurğulanaraq, hər iki ölkənin özəl sektorları arasında əlaqələrinin təşviqinin vacibliyi qeyd olunub. 2017-ci ildə imzalanmış saziş çərçivəsində hər iki ölkə arasında elm, texnologiya, incəsənət və mədəniyyət əlaqələrini daha da inkişaf etdirmək üçün təhsil və akademik mübadilələrə dair öhdəliklər təsdiqlənib.

Tərəflər müxtəlif regional məsələlər və enerji təhlükəsizliyi barədə perspektivlərlə bölüşüb. Beynəlxalq hüquq prinsipləri əsasında münaqişələrin sülh yolu ilə həll olunması, həmçinin, dialoq, danışıqlar, vasitəçilik və mübahisələrin həlli üçün digər vasitələrin vacibliyinə dair Meksikanın mövqeyi bir daha ifadə olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir