Siyasət

Ulu Öndərin 100 illiyi münasibətilə tədbir keçirildi – VİDEO

Sharing is caring!


“Bizi birləşdirən mühüm bir faktor var – əksəriyyətimiz ulu öndərin böyük diqqət və qayğısı nəticəsində Azərbaycandan kənarda ali təhsil almaq şərəfinə nail olmuşuq. Və bu gün biz böyük iftixar hissi ilə deyirik ki, Heydər Əliyev məktəbinin məzunları, Heydər Əliyevin kadrlarıyıq”.

Bunu Baş nazir Əli Əsədov ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən “Azərbaycandan kənarda təhsil almış mütəxəssislərin toplantısı”nda çıxışı zamanı deyib.

O bildirib ki, Görkəmli siyasi və dövlət xadimləri, diplomatlar, tanınmış insanlar Heydər Əliyevə böyük hörmət və ehtiram göstərirdilər. 

Ə.Əsədov xatırladıb ki, 2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 32 ölkənin 350-dən çox ən nüfuzlu ali təhsil müəssisəsində təhsil almaları məqsədilə ümumilikdə 3500-dən artıq gənc xaricə göndərilib və onlara təqaüd verilmiş, bu məqsədlər üçün 200 milyon manat vəsait xərclənib:

Daha ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir