Siyasət

Qənirə Paşayeva: “Millət vəkillərinin beynəlxalq təşkilatlarda daha fəal olması ilə bağlı Prezidentin ciddi tövsiyələri oldu”

Sharing is caring!

“Prezident İlham Əliyev Milli Məclisdə ölkəmizdə əldə edilən uğurlar, görülən işlər, qarşıdakı hədəflər barədə təxminən bir saat proqram xarakterli çıxış etdi”.

 Bu barədə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib.

O qeyd edib ki, ölkəmizin əldə etdiyi uğurları daha da inkişaf etdirmək üçün hökumət və parlament birlikdə fəaliyyətini daha da gücləndirməlidir: “Bu uğurları daha da inkişaf etdirmək üçün ölkə Prezidenti iqtisadi, sosial, mədəniyyət sahəsində islahatların davam edəcəyini bir daha vurğuladı. Qarabağ həqiqətlərinin dünyaya yayılması, işğal altında olan torpaqların azad edilməsi istiqamətində parlamentin, millət vəkillərinin üzərinə düşən öhdəlikləri xatırlatdı. Millət vəkillərinin beynəlxalq təşkilatlarda daha fəal olması ilə bağlı ölkə Prezidentinin ciddi tövsiyələri oldu. İnanıram ki, yeni parlament ölkəmizin inkişafı istiqamətində daha səmərəli fəaliyyət göstərəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir