Siyasət

Yeni seçilmiş Milli Məclisdə 8 partiya təmsil olunacaq

Sharing is caring!

Bu gün Konstitusiya Məhkəməsi fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərin yekununu təsdiqləyib.

Milli Məclisdə 8 partiya təmsil olunacaq.

Yeni Azərbaycan Partiyasının (YAP) parlamentdə 70, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) 3, Böyük Quruluş Partiyası (BQP), Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP), Ana Vətən Partiyası (AVP), Vəhdət Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP) və Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) isə parlamentdə 1 deputatı var.

Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev və Razi Nurullayev isə (AXCP) seçkilərə partiya siyahısı ilə deyil, öz təşəbbüsləri ilə qatılıblar.

Qeyd edək ki, V Çağırış Milli Məclisdə yer almış Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP),

Azərbaycan Sosial Rifah Partiyası (ASRP) və Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) üzvləri budəfəki seçkilərdə mandat qazanmayıb.

Qeyd edək ki, yeni seçilən Milli Məclisdə təmsil olunacaq 8 partiya dövlət büdcəsindən yardım alacaq.

Xatırladaq ki, “Siyasi partiyalar haqqında” qanuna əsasən, dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin ümumi məbləğinin 10 faizi seçkilərdə az səs toplamış siyasi partiyalar üçün nəzərdə tutulub. İrəli sürdüyü namizədlər Milli Məclisə keçirilən son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanan, lakin parlamentdə təmsil olunmayan siyasi partiyalar arasında qazanılan səslərin sayına proporsional olaraq bölünəcək. Büdcə vəsaitinin 40 faizi parlamentdə təmsil olunan siyasi partiyalar arasında bərabər paylanacaq. Qalan maliyyə vəsaitinin 50 faizi isə Milli Məclisə seçilən deputatların sayına proporsional olaraq bölüşdürüləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir