Siyasət

Səfir: “Türkiyə bütün qəlbi ilə Azərbaycana təşəkkürlərini çatdırır”

Sharing is caring!

“Həqiqətən Azərbaycan bir ürək olub. Xalqımız gücü nəyə çatırsa yardım edir. Yardım üçün çalışan insanların zəhməti sayəsində hazırda yük maşınları yola çıxıb”.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Respublikasının ölkəmizdəki səfiri Cahit Bağçı Azərbaycan Prezidenti İlham Əliyevlə söhbətində bildirib.

“Sizin tapşırığınızla qurumlar istər daşıma, istərsə də generator, transformator, xəstəxana ləvazimatlarına ehtiyacla bağlı maraqlanırlar. Biz də onlarla koordinasiya şəraitində işləyirik”, – deyə səfir vurğulayıb.

Türkiyənin yaralarını sağaltmaq üçün göstərilən dəstəyə görə minnətdarlıq edən Cahit Bağçı deyib: 

“Biz bilirik ki, qardaşıq və bunu ürəkdən yaşayırıq, hiss edirik. Türkiyə də bütün qəlbi ilə Azərbaycana təşəkkürlərini çatdırır, hörmətli cənab Prezident”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir