Siyasət

Xüsusi təyinatlı təhsil müəssisələrində “Gənclər Günü” qeyd olunub – FOTO

Sharing is caring!

Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrində 2 fevral – Gənclər Günü münasibətilə bayram tədbirləri keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyev və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər Gənclər Gününün təntənəli surətdə qeyd olunmasının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu, Ümummilli Liderin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsasının qoyulduğunu və bu gün də həmin siyasətin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulayıblar.

Sonda kursantlara fəxri fərmanlar təqdim olunub, vətənpərvərlik mövzusunda musiqilər səsləndirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir