Siyasət

Fransız politoloq: “Beynəlxalq ictimaiyyət İranı terror aktına izahat verməyə məcbur etməlidir”

Sharing is caring!

“Beynəlxalq ictimaiyyət İranı Azərbaycanın səfirliyində törədilən terror aktına izahat verməyə və diplomatik missiyanın lazımi şəkildə mühafizəsinin təminatına məcbur etməlidir”.

Bunu “Report”a açıqlamasında fransız tarixçi və politoloq Maksim Quen deyib.

“İranın molla rejiminin güclü repressiv sistemi var. İndiyə qədər ən güclü sübut girişdə qeydə alınan video görüntülərdir. Belə ki, İran polisi əlində “Kalaşnikov” avtomatı olan bir adamın səfirliyə girdiyini görən zaman çox sakit davranıb”, – deyə o vurğulayıb.

Ekspert həmçinin xatırladıb ki, hücum Osvensim şəhərinin azad edilməsinin ildönümündə, həmçinin Azərbaycanın Təl-Əvivdə səfirliyinin açılması kontekstində baş verib və İrandakı molla rejimi bunları qəbul edə bilmir:

“Azərbaycan və İsrail İranın yeganə hədəfləri deyil. Son 10 ildə İran rejiminin sifarişi ilə Avropa İttifaqı ölkələrində uğursuz terror aktlarına cəhdlər edilib”.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir