Gündəm Siyasət

Fəzail Ağamalı növbəti dəfə Qarabağlı və Təzəkənd ərazisində şəhid ailələri və əlillərlə görüşüb.

Sharing is caring!

60 saylı Salyan – Neftçala Seçki Dairəsindən deputatlığa namizəd Fəzail Ağamalı növbəti dəfə 26.01.2020-ci il tarixində Qarabağlı və Təzəkənd ərazisində şəhid ailələri və əlillərlə görüşüb.

Xeberal.az-ın məlumatına görə, Qarabağ döyüşləri zamanı şəhid olmuş, Ağayev Bəxtiyar Vaqif oğlu, Səfərov Qulam Ədalət oğlu, Soltanov Xosrov Qabil oğlu, Muradov Faiq Valeh oğlu, Şahbazov Zaur Əsgər oğlunun ailələri və eyni zamanda fiziki məhdudiyyəti olan Məmmədov Cəlil və Qaraxanov Abbas ziyarət olunub.

Seçicilər bu addımı yüksək qiymətləndirib, 09 fevral 2020-ci ildə keçiriləcək parlament seçkilərində Fəzail Ağamalıya səs verəcəklərini bildirdilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir