Siyasət

Naxçıvanda DİN ləğv olunur: Yeni rəis kim olacaq?

Sharing is caring!

Naxçıvanda son günlər aparılan bir sıra islahatlar çərçivəsində Muxtar Respublika ilə bağlı sabah daha bir yeni qərara imza atılacağı gözlənilir.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin ləğvi ilə bağlıdır.

Artıq bununla bağlı müvafiq tapşırıqların verildiyi bildirilir. Belə ki, Naxçıvan DİN-in əvəzinə Azərbaycan DİN-in tabeliyində Naxçıvan Baş Polis İdarəsi yaradılacaq.

İdarəyə kimin rəis təyin olunacağına da aydınlıq gəlib. Əldə etdiyimiz məlumata görə, bu postun Suraxanı rayon Polis İdarəsinin rəisi, polis polkovniki Süleyman Nemətova həvalə olunacağı gözlənilir.

Qeyd edək kii, Süleyman Nemətov Suraxanıdan əvvəl Sumqayıtda polis rəisinin müavini, Qubada isə rəis kimi fəaliyyət göstərib.

Xatırladaq ki, son bir ayda Naxçıvanın həm Dövlət Təhlükəsizliyi Xidməti (DTX), həm də Dövlət Gömrük Komitəsi ləğv edilərək müvafiq olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Baş İdarəsi və Naxçıvan Baş Gömrük İdarəsi yaradılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir