Siyasət

Ankarada İlham Əliyevə həsr olunan kitabın təqdimatı keçirilib – YENİLƏNİB + FOTO

Sharing is caring!

Azərbaycanın Türkiyədəki səfirliyi, Türkiyənin Milli Müdafiə Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ankarada Türkiyə Prezident Administrasiyasının Millət Kitabxanasında “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının təqdimat mərasimi keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

“Qarabağ Azərbaycandır!” şüarı altında təşkil olunan mərasimdə Azərbaycan və Türkiyənin müdafiə nazirləri, Silahlı Qüvvələrinin komandanları, səfirlər, beynəlxalq təşkilatların təmsilçiləri, millət vəkilləri, tanınmış alimlər, kursantlar, qardaş ölkədə yaşayan və çalışan azərbaycanlılar iştirak ediblər.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Rəsmi hissədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun, Türkiyənin milli müdafiə naziri Hulusi Akarın və AMEA-nın Tarix İnstitutunun baş direktoru professor Kərim Şükürovun çıxışları dinlənilib.

Ümummilli Lider Heydər Əliyevin zəngin mənalı həyat və fəaliyyətini, Azərbaycan-Türkiyə qardaşlığını, Qarabağ zəfərini əks etdirən film nümayiş olunub.
Mərasim zəngin bədii proqramla davam edib.

Qeyd edək ki, “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabı Bakı Şəhər İcra Hakimiyyəti ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunun birgə nəşridir.

18:19

Türkiyə Prezident Administrasiyasının Milli Kitabxanasında Azərbaycan Prezidenti İlham Əliyevə həsr olunmuş “Vətən müharibəsi tarixi: Şəxsiyyət faktoru” kitabının təqdimat mərasimi keçirilir.

“Report”un məlumatına görə, tədbirdə Azərbaycanın müdafiə naziri Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Hulusi Akar və digər rəsmilər iştirak edir.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov kitab haqqında məlumat verərək bildirib ki, onun müəlliflərindən biri tədbirdə iştirak edən nazir Zakir Həsənovdur:

“Savaşdan sonra tarix yazılır, zəfər çalmış fateh komandanlar haqqında da dastanlar yazılır. Zəfərlə bitən Qarabağ savaşından cəmi iki il keçməsinə baxmayaraq, cənab Prezidentimiz İlham Əliyev haqqında da kitablar yazılır. Bu gün yazılmış o dastanlardan birinin Türkiyə türkcəsində olan variantının təqdimatı üçün buraya toplanmışıq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir