Siyasət

Piter Teys: “Beynəlxalq ictimaiyyət azərbaycanlı ekoloqları dəstəkləməlidir”

Sharing is caring!

“Azərbaycanlı ekoloqların və təbiətin mühafizə üzrə qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Şuşa-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası tarixi əhəmiyyətə malikdir və beynəlxalq ictimaiyyət onların tələblərini dəstəkləməlidir”.

Bunu “Report”a açıqlamasında ABŞ-dan olan politoloq, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys deyib.

Onun sözlərinə görə, bu cəsur azərbaycanlılar ətraf mühitin mühafizəsi və şirin su ehtiyatlarının daha yaxşı idarə olunması tələbi ilə dinc etiraz aksiyası keçirirlər.

Ekspert bildirib ki, Azərbaycan aktual ekoloji problemlərin həlli istiqamətində addımlar atır, kənd təsərrüfatı torpaqlarının və su ehtiyatlarının çirklənməsinin fəsadlarının yumşaldılmasına böyük sərmayələr qoyur, erməni rejimi isə Azərbaycan ərazilərini minalarla çirkləndirir və əkin sahələrini təhlükəli əraziyə çevirir.

Politoloq xarici dövlətlərin, eləcə də Rusiya sülhməramlı kontingentinin BMT-nin davamlı inkişaf gündəliyində yer alan ekoloji problemlərə göz yummasından təəssüfləndiyini vurğulayıb.

P.Teysin fikrincə, beynəlxalq ictimaiyyət ikinci gündür Şuşa-Xankəndi yolunda etiraz aksiyası keçirən azərbaycanlı ekoloqların tələblərini dəstəkləməlidir:

“BMT, ABŞ hökuməti və Avropa İttifaqı təcili olaraq bu məsələyə münasibət bildirməli, ətraf mühitin və su ehtiyatlarının çirkləndirilməsinin dayandırılması ilə bağlı Ermənistana təzyiq göstərməlidir. Susmaq həll yolu deyil. Azərbaycan dövləti və xalqı ətraf mühitin mühafizəsinə inanılmaz dərəcədə böyük vəsait sərf edib, Xəzər dənizinin ekologiyasının qorunmasında qətiyyət nümayiş etdirib, beynəlxalq ictimaiyyət isə məqsədyönlü şəkildə susur”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir