Siyasət

Zəngilanda ümummilli lider Heydər Əliyevin anım mərasimi olub – FOTO

Sharing is caring!

Zəngilanın Ağalı kəndində müasir Azərbaycanın banisi, ümummilli lider Heydər Əliyevin vəfatının 19-cu il dönümü ilə əlaqədar anım mərasimi keçirilib.

“Report” xəbər verir ki, tədbirdə Prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəliyi, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, Ağalı kəndi tam orta məktəbinin müəllim və şagird heyəti, kənd sakinləri, qazilər, ictimaiyyət nümayəndələri iştirak edib.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələyinin inzibati binasında yerləşən “Heydər Əliyev guşəsi”ndə Ulu Öndərin büstü önünə gül dəstələri düzülərək, dünya şöhrətli siyasətçinin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dahi şəxsiyyətin parlaq xatirəsinə dərin ehtiram ifadə olunub.

Tədbir iştirakçıları müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin mənalı həyatından və çoxşaxəli fəaliyyətindən söz açıb.

Daha sonra Ağalı kənd tam orta məktəbində ulu öndər Heydər Əliyevdən bəhs edən “Heydər Əliyev – Dahi şəxsiyyət” sənədli filmi nümayiş olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir