Siyasət

Rusiyalı politoloq: “Müharibə olacağı təqdirdə Ermənistanı növbəti məğlubiyyətdən savayı heç nə gözləmir”

Sharing is caring!

“Erməni cəmiyyəti yaxşı bilməlidir ki, 2020-ci ildə məğlub olan Ermənistan bununla güclənmədi. Ölkə iqtisadi və siyasi təcrid məsələlərini həll etməyincə, sərhədlər açılmayınca normal iqtisadi inkişafı da gözləmək lazım deyil. Ermənistan silahlı qüvvələrinin indiki vəziyyəti artıq onun göstəricisidir ki, müharibə olacağı təqdirdə onları növbəti məğlubiyyətdən savayı başqa heç nə gözləmir”.

Ermənistanla Azərbaycan arasında cərəyan edən son hadisələr barədə Oxu.Az-a açıqlama verən rusiyalı politoloq, Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov belə düşünür.

Politoloq söyləyib ki, əlində silahla böyüyən və sərhədləri genişləndirərək “böyük Ermənistan” qurmaq xülyası ilə yaşayan insanların məğlubiyyəti atladıb gələcəyə pozitiv nəzərlərlə baxmaları çox çətindir.

“İndi onlar etiraf etməlidirlər ki, mənasız bir həyat yaşayıblar və bunu qəbul etmək psixoloji cəhətdən çox çətindir. Ona görə də Ermənistanda revanşist əhvali-ruhiyyəni tez aradan qaldırmaq mümkün olmur”, – Dmitri Solonnikov vurğulayıb.

Ekspert hesab edir ki, erməni cəmiyyətində sağlam düşüncə hakim olmalıdır:

“Əvvəlcə qərar qəbul etməyə məsul olan insanların kiçik bir hissəsi üçün anlayışlar dəyişir. Əgər bu baş versə, effekt həm mediaya, həm ekspert cameəsinə təsir edəcək, sonra isə ictimai rəy dəyişəcək”.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir