manset Siyasət

Pakistan liderindən İlham Əliyevə möhtəşəm təklif

Sharing is caring!

Biz ticarətin artırılmasına, bir sıra sahələrdə əməkdaşlığın inkişafına diqqət yetirməliyik. Hesab edirəm ki, biz təhsil və səhiyyə sahələrində əməkdaşlıq edə bilərik.

XəbərAl.az  xəbər verir ki, bunu Pakistan Prezidenti Arif Alvi dövlət başçımız İlham Əliyevlə görüşdə bildirib.

“Mən geri qayıdandan sonra Pakistanın yaxşı təhsil verən və yaxşı xəstəxana, müalicə xidmətləri təklif edən qurumlarını Bakıda standartlara cavab verən xəstəxana və məktəblər tikmək imkanlarını nəzərdən keçirməyə ruhlandıracağam. Eyni zamanda, Azərbaycan neft sektorunda möhtəşəm, uzunmüddətli təcrübəyə malikdir. Mən Qvadarda neft emalı müəssisəsinin yaradılmasının mümkünlüyünü nəzərdən keçirməyi təklif etmək istərdim. Qvadar dəniz limanıdır.

Şimal-Cənub dəhlizi faktiki olaraq Çabahardan keçir. Qvadarla da bağlantı yaratmaq olar ki, Azərbaycan cənubdakı okean vasitəsilə bütün təchizat məhsullarını ixrac edə bilsin. Bir çox sahələrdə əməkdaşlığı artırmaq mümkündür”, – Pakistan lideri söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir