manset Siyasət

İşğalın bütün forma və təzahürlərini pisləyirik – İraqlı nazir

Sharing is caring!

İraq xalqı İŞİD-lə mübarizədə qələbə qazana və öz torpaqlarını İŞİD-dən azad edə bildi.

XəbərAl.az  xəbər verir ki, bunu Qoşulmama Hərəkatının sammitində çıxışı zamanı İraq Respublikasının xarici işlər naziri Məhəmməd Əli əl-Hakim bildirib.

O, daha sonra diqqəti regional münaqişələrə yönəldib. Deyib ki, bu münaqişələrin bütün regiona yayılmaq təhlükəsi var: “Mənim ölkəm terrorizimdən çox böyük əziyyətlər çəkib. Hal-hazırda regionda sülhə və sabitliyə böyük ehtiyac var. İraqın siyasəti bütün region ölkələri ilə əlaqələri inkişaf etdirməkdən ibarətdir. Bu istiqamətdə səylər göstəririk.

Biz ölkələrin daxili işlərinə qarışmamaq siyasəti yürüdürük. Bandunq prinsipləri Qoşulmama Hərəkatının fəaliyyətində böyük əhəmiyyətə malikdir. Biz işğalın bütün forma və təzahürlərini pisləyirik”.

Nazir İraqın Fələstinlə bağlı mövqeyinin dəyişməz olaraq qaldığını vurğulayıb: “Biz şərqi Qüds paytaxt olmaqla Fələstin xalqının müstəqil dövlət yaratmaq hüququnu dəstəkləyirik. İraq İsrailin Colan təpələrini işğal etməsini pisləyir.

İsrail BMT-nin qətnamələrinə uyğun olaraq öz qoşunlarını həmin ərazidən çıxarmalıdır. Biz Suriyanın ərazi bütövlüyünü dəstəkləyirik və bu ölkədə müharibənin başa çatmasını və sülhün istəyirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir