Siyasət

İbrahim Kalın: “Ermənistanla sərhədin açılması üçün texniki işlər aparılıb”

Sharing is caring!

“Sərhədin açılması üçün texniki işlər aparılıb. Proses müsbət istiqamətdə davam edir”.

Bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın “Haber7” telekanalına verdiyi xüsusi müsahibə zamanı ölkəsinin Ermənistanla sərhədlərinin açılması barədə sualı cavablandırarkən deyib.

İ.Kalın həmçinin Azərbaycan və Ermənistan münasibətlərini də şərh edib.

“Ermənistanla Azərbaycan arasındakı proseslərin sağlam şəkildə irəliləməsi zəruridir. Danışıqlar sağlam şəkildə davam etdirilir. 30 ildir qurulması mümkün olmayan əlaqələr bərqərar oldu. Qarabağ məsələsi həll olundu.

Eyni zamanda Azərbaycanın Ermənistanla bağlı gözləntiləri var. Müvafiq vaxt və şərtlər daxilində addımlar atıla bilər”, – deyə İbrahim Kalın qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir