Siyasət

Prokurorluğun yüksək vəzifəli əməkdaşları təqaüdə göndəriliblər – FOTO

Sharing is caring!

Prokurorluğun yüksək vəzifəli əməkdaşları təqaüdə göndəriliblər.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

“Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən, prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış, Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəis müavini, baş ədliyyə müşaviri Zeynalov Rauf Nurəddin oğlu və Dövlət ittihamının müdafiəsi idarəsində şöbənin böyük prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlunu qulluq keçmələrinə xitam verilmələri ilə əlaqədar baş prokuror Kamran Əliyev qəbul edib.

K.Əliyev Rauf Zeynalovu “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)” yubiley medalı, Müstəcəb Əliyevi isə “Prokurorluğun fəxri işçisi” döş nişanı ilə təltif edib və onlara hədiyyələr təqdim edib.

Tədbir iştirakçıları xatirələrini bölüşüb, səmimi söhbətlər edib və sonda xatirə şəkilləri çəkdiriblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir