Siyasət

“İlham Əliyev Avropada ən populyar şəxsdir” – RƏY + FOTO

Sharing is caring!

İlham Əliyev bu gün Avropada ən populyar şəxsdir. Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan beynəlxalq siyasət dünya arenasında Azərbaycanı etibarlı tərəfdaş kimi tanıdıb”.

Bu fikirləri “Report”a Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, Azərbaycan nəinki region ölkələri ilə əməkdaşlığa, həm də müxtəlif qitələrdə yerləşən ölkələrlə əməkdaşlığın genişləndirilməsinə və möhkəmləndirilməsinə önəm verir:

“Azərbaycan vacib zamanlarda ehtiyacı olan ölkələrə də öz imkanı daxilində yardımlar edir və dünyada bərabərsizliyin aradan qaldırılmasına töhfə verir. COVID-19 pandemiyası ilə bağlı 80-dən çox ölkəyə yardımlar göndərib, dünyada pandemiyaya qarşı mübarizənin effektiv aparılmasına töhfə verib. Həmçinin ölkə başçısının son iki ayda etdiyi səfərlərə diqqət etsək görərik ki, bu səfərlər müxtəlif coğrafiyaları əhatə edir. Bu səfərlər müxtəlif regionlarda yerləşən ölkələri, həm də beynəlxalq təşkilatları əhatə edib. Oktyabrın 6-dan başlayaraq Praqada Avropa qitəsində sülh və təhlükəsizlik mövzusunda keçirilən dəyirmi masada, Astanada keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad tədbirləri üzrə müşavirənin 6-cı Zirvə Toplantısında, Əlcəzairdə Ərəb Dövlətləri liqasının 31-ci Zirvə Toplantısında iştiraka Prezident İlham Əliyevin dəvət olunması, böyük hörmətlə qarşılanması və çıxış üçün söz verilməsi Azərbaycanın diplomatiyasının və qazandığı nüfuzun uğurudur”.

Deputat İlham Əliyevin Avropa ölkələrinə, Asiya ölkələrinə, habelə Gürcüstana, Balkan yarımadası ölkələrinə səfərlər etməsi və böyük hörmətlə qarşılanmasının ölkə başçısının şəxsi nüfuzunun nəticəsi hesab edir:

“Dünyada Azərbaycanı dostluğa və əməkdaşlığa sədaqətli tərəf kimi tanıyırlar və bu gün hər bir ölkə bizimlə münasibətlər yaratmağına çalışır. İlham Əliyev bu gün Avropada ən populyar şəxsdir. Avropada dəyişikliklərin baş verməsi inanılmazdır”.

Azər Badamov vurğulayıb ki, Prezidentin apardığı uğurlu siyasəti sayəsində dünyada Azərbaycanın dostlarının sayı artıb:

“Bu gün bizim təmsil olunmadığımız beynəlxalq təşkilatlarda da bizə qarşı qərarlar qəbul etmək istəyəndə dostlarımız buna mane olur. Belə ki, Beynəlxalq Frankofoniya Təşkilatının toplantısında Fransa və Ermənistan Azərbaycana qarşı qətnamə qəbul etmək istəyəndə dostlarımız buna imkan verməmişdi. Belə hallar BMT TŞ-də də baş verib. Azərbaycan dünyaya açıq ölkədir və etibarlı dostluq münasibətlərimizə dəyər verilir. Amma təəssüf ki, islam dini pərdəsi altında Azərbaycana düşmən gözü ilə baxan və düşmənlərimizlə əlbir olan qonşu İran da var. İran Fransa ilə birləşərək Ermənistana dayaq verir və yenidən revanşizmə ruhlandırır. Amma onlar başa düşmürlər ki, Azərbaycan tək deyil”.

Deputatın fikrincə, onların bütün cəhdləri Ermənistanı məhvə aparır:

“Prezident İlham Əliyevin beynəlxalq siyasəti bütün ölkələr üçün dosluq münasibətlərin yaradılmasına açıqdır. Həm də bu gün Ermənistana dayaq dayanan, ölkəmizə düşmən gözü ilə baxanların beynəlxalq siyasətdə baş verənlərdən nəticə çıxartmalı və ədalətli mövqeyə qayıtmalı olduğunu hesab edirəm. Çünki ədalətli yanaşma əməkdaşlığın və dosluğun əsasında dayanır və dünyanı da ancaq davamlı sülh xilas edəcək”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir