Siyasət

Putin Paşinyanla bölgədəki münaqişənin tənzimlənməsini müzakirə edib

Sharing is caring!

“Biz hələ avtomobildə gedərkən regional xarakterli məsələləri, o cümlədən bölgədəki münaqişənin tənzimlənməsi məsələlərini müzakirə edirdik”.

Bunu Rusiya Prezidenti Vladimir Putin İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə bəyan edib.

O qeyd edib ki, hökumət başçısıyla bölgədəki nəqliyyat yollarının açılmasından da danışıb.

Paşinyan isə öz növbəsində rusiyalı həmkarı ilə regional təhlükəsizlik məsələlərinin müzakirə olunduğunu təsdiqləyib.

“Sizin köməyinizlə, vasitəçiliyinizlə Azərbaycan Prezidenti ilə qəbul etdiyimiz üçtərəfli sazişlərə, bəyanatlara əməl olunması çox vacib məsələlərdir. Ümid edirik ki, bu, regionumuzda uzunmüddətli sülhə gətirib çıxaracaq”, – deyə Paşinyan bildirib.

Mənbə: kremlin.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir