Siyasət

Nazirlər Kabinetinin bir səlahiyyəti ləğv edilib – FƏRMAN

Sharing is caring!

Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının Gənclər Fondu” publik hüquqi şəxsin illik maliyyə hesabatlarını təsdiqləmək sahəsində səlahiyyəti ləğv olunub.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmana “Azərbaycan Respublikasında gənclər siyasəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 mart tarixli 1871 nömrəli Fərmanına edilən dəyişiklikdə əksini tapıb.

İllik maliyyə hesabatlarını Gənclər Fondu özü təsdiqləyəcək. Fonda Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla əməyin ödənişi fondunu, işçilərinin say həddini və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini təsdiqləmək səlahiyyəti də verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir