Siyasət

Britaniyanın Azərbaycandakı səfiri Ağdama səfər edib – FOTO

Sharing is caring!

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Ağdama səfər edib.

Bu barədə səfir “Twitter” hesabında paylaşım edib.

“Ağdama ilk səfərim. Dağıntıları görmək çox ağırdır. Amma ANAMA-nın gördüyü işlər məndə gələcəyə ümid yaradır”, – deyə o paylaşımda bildirib.

Auld səfərlə bağlı təəssüratlarını ifadə edib.

“Minatəmizləmə əməliyyatlarını öz gözlərimlə görmək maraqlıdır. Qürur duyuram ki, Böyük Britaniyanın maliyyə dəstəyi və təcrübəsi ilə QHT və şirkətlər “Böyük Qayıdış”a dəstək göstərməyə davam edirlər”, – deyə o qeyd edib.

 

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir