Siyasət

Liderlər sosial şəbəkələrdə kimləri izləyirlər? – VİDEO

Sharing is caring!

Baku TV-də yayımlanan “Salam Baku” verilişində dünya liderlərinin sosial şəbəkələrdə kimləri izlədikləri ilə bağlı məlumat paylaşılıb.

Qeyd edilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Instagram” hesabında həyat yoldaşı Əminə Ərdoğanı, lideri olduğu Ədalət və İnkişaf Partiyasının rəsmi səhifəsini və Türkiyə Prezident Administrasiyasının səhifəsini izləyir. “Instagram”dan fərqli olaraq “Twitter”də aralarında Türkiyə Böyük Millət Məclisinin deputatları da daxil olmaqla, 104 nəfəri izləyir.

Ermənistanın baş naziri Nikol Paşinyan isə “Instagram”da cəmi bir profili izləyir. Qəribə olsa da, bu profil məhz itin adına açılıb. “Twitter” hesabında isə erməni deputatları, eləcə də dünya liderlərini izləyən N.Paşinyan havadarı Emmanuel Makronu da “follow” edir.

İran Prezidenti İbrahim Rəisinin “Instagram” hesabında 2,8 milyon izləyicisi var. O, İranın ali dini lideri Seyid Əli Xamenei də daxil olmaqla üç profili izləyir.

Rusiya lideri Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko sosial şəbəkələrə qoşulmayıblar. Onlardan fərqli olaraq, Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə platformalarında aktivdir. Zelenski “Twitter”də yalnız bir nəfəri – həyat yoldaşını izləyir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir