Siyasət

Deputat: “Konstitusiyamız varlığımızın, bütövlüyümüzün yol xəritəsidir”

Sharing is caring!

“Azərbaycan Respublikasının bir dövlət kimi bugünkü gücü və qüdrəti çətin və şərəfli yoldan keçib. Bütün basqılara və çətinliklərə rəğmən xalqımız öz dövlətini qurmaq kimi ali niyyətindən geri çəkilməyib”

Bu fikirləri Oxu.Az-a açıqlamasında Millət vəkili Rəşad Mahmudov deyib. 

Ötən əsrin əvvəllərində Şərqin ilk demokratik respublikası elan olunarkən dövlətin qurucuları həm də xalqın siyasi-ideoloji fikirlərini ehtifa edərək o dövr üçün belə mütərəqqi sayılan hüquqi prinsiplər üzərində idarəçilik forması ortaya qoyduğunu vurğulayan deputat, bildirib ki, tarixi siyasi gedişat azadlıq sevgisi ilə yaşayan xalqımızın müstəqillik arzusunu ürəyində saxlayıb:

“Cümhuriyyətimiz üçün vacib amil sayılan Əsas Qanunun- Konstitusiyanın qəbul edilməsinə fürsət tapmamış varlığına son qoyuldu. Bu səbəbdən işğala məruz qalan Azərbaycanın  Konstitusiya quruluşunun tarixi sovet dönəmi ilə bağlıdır.

Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da qəbul olundu və daha sonra 1925, 1927 və 1937-ci illərdə Konstitusiyaya əlavə və dəyişikliklər edildi. Konstitusiya ilə bağlı növbəti mərhələ 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edildikdən sonraya təsadüf edir. 1978-ci ildə qəbul edilən Azərbaycan SSR-in yeni Konstitusiyasında umummilli lider Heydər Əliyevin təklifi ilə 73-cü maddədə Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dilinin Azərbaycan dili olması qəbul olundu.

Bu özünüdərkin, milli oyanışın başlanğıcı idi. Azərbaycan dilinə dövlət dili statusunun verilməsinin rəsmiləşməsi kimi tarixi hadisə birbaşa ulu öndər Heydər Əliyevin Vətən qarşısında xidməti idi.  

Sonrakı illərdə  Konstitusiyaya çoxsaylı əlavə və dəyişikliklər edilsə də, bu qanun 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilənədək qüvvədə qaldı.  Azərbaycan dövlət müstəqilliyini elan etdikdən sonra siyasi xaos, hakimiyyət böhranı nəticəsində  müstəqil dövlətin Əsas Qanununu qəbul etmək mümkün olmadı və 1991-ci il 18 oktyabr tarixli “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının müddəalarına zidd olmayan hissələrlə sovet dövrünün Konstitusiyası fəaliyyət göstərdi”

R.Mahmudov onu da əlavə edib ki, ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə gəlişi dövlətçiliyimizdə yeni mərhələnin başlanğıcını qoyub:

“Sürətli quruculuq prosesi ilə yanaşı, heç şübhəsiz ki, ən böyük hadisə müstəqil dövlətimizin yeni Konstitusiyasının hazırlanması oldu. Ümummilli lder Heydər Əliyevin rəhbərliyi və birbaşa nəzarəti altında hazırlanan və tam şəkildə milli maraqlarımızı əhatə edən  Konstitusiyamız 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda xalq tərəfindən qəbul olundu. Beləliklə, müstəqilik tariximizin olduqca şərəfli hadisələrindən biri  və bir dövlət kimi inkişafımızın təməlini qoyan böyük hadisə baş verdi.

Ötən müddət ərzində sosial-siyasi reallıq  və müasir çağırışlar fonunda  Azərbaycan Konstitusiyasında bir neçə dəfə dəyişikliklər və əlavələr olunub. Belə ki, 2002-ci il avqustun 24-də və 2009-cu il martın 18-də referendum yolu ilə qəbul edilən dəyişikliklər ölkəmizin sosial-iqtisadi bazasının daha da güclənməsinə, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsinə daha geniş imkanlar yaradıb.

Rəşad Mahmudov qeyd edib ki, son olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə mütərəqqi islahatların davamı kimi 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyada üçüncü dəfə əlavələr və dəyişikliklər edildi. Bu, ölkəmizdə demokratik, dünyəvi dövlət quruculuğu prosesində hüquqi bazanın daha da təkmilləşdirilməsinə təkan verməklə yanaşı, müasir standartlara tam cavab verən mükəmməl dəyişiklər kimi müstəqillik tariximizə yazıldı.

Bizim üçün Konstitusiya təkcə ölkəmizin ali məramını ifadə edən qanunlar toplusu deyil, həm də and yerimizdir.

Konstitusia xalq olaraq, dövlət olaraq, vətəndaş olaraq varlığımızın, bütövlüyümüzün  yol xəritəsidir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir