Siyasət

Azərbaycanın Zəfər bayramı Ankarada qeyd olundu – FOTO

Sharing is caring!

Türkiyə Silahlı Qüvvələrinin Hərbi Akademiyasında Azərbaycanın Türkiyədəki Səfirliyinin və Səfirlik nəzdindəki Hərbi Attaşeliyin təşkilatçılığı ilə Ankarada 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin ikinci ildönümünə həsr olunmuş rəsmi qəbul və konsert keçirilib.

Oxu.Az xəbər verir ki, Azərbaycan və Türkiyənin dövlət rəsmilərinin, millət vəkillərinin, şəhid ailələrinin və qazilərin iştirak etdiyi tədbirə şəhidlərin əziz xatirəsinə bir dəqiqəlik sükut və iki ölkənin dövlət himnləri ilə başlanıb.

Azərbaycanın şanlı müstəqillik tarixini əks etdirən “Tarix yazan Ordu” filminin nümayişindən sonra açılış çıxışları edilib.

Türkiyənin milli müdafiə naziri Hulusi Akar çıxışında Azərbaycan-Türkiyə qardaşlığının, birliyinin əbədiliyinə diqqət çəkib. Nazir Türkiyə ilə Azərbaycanı eyni gördüklərini, Türkiyənin gücünün Azərbaycanın gücü, Azərbaycanın gücünün Türkiyənin gücü olduğunu qeyd edib.

Nazir Azərbaycan torpaqları 30 ilə yaxın işğalda olduğu müddətdə yüz minlərlə azərbaycanlının torpaqlarından məcburi köçkün olduğunu, Xocalı faciəsinin törədildiyi zaman səsini çıxarmayanların indi ortaya çıxmasının xüsusi diqqət çəkdiyini vurğulayıb. Bildirib ki, 44 günlük müharibə türkün gücünü dünyaya göstərdi. Bundan sonra da Azərbaycan və Türkiyə birlikdə hərəkət etməyə davam edəcəklər.

Tədbirin bədii hissəsində Azərbaycan və Türkiyənin sevilən sənətçilərinin ifaları iştirakçılar tərəfindən maraqla qarşılanıb. Zəfər tədbiri Türkiyənin aparıcı mətbuat orqanları tərəfindən geniş işıqlandırılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir