Siyasət

İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 27-ci Tərəflər Konfransının açılışı olub

Sharing is caring!

Bu gün Şarm əl-Şeyx şəhərində keçirilən İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 27-ci Tərəflər Konfransı çərçivəsində dünya liderlərinin Sammitinin açılışı olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, “Həyata keçirmədə birlikdə” devizi altında keçirilən Sammitdə dünyanın 100-dən artıq dövlət və hökumət başçıları iştirak edir.

Sammitin əsas müzakirə mövzusu iqlim dəyişmələri üzrə həyata keçirilən proseslər zamanı əldə edilən nəticələrdir.

Azərbaycanın nümayəndə heyəti plenar iclaslarda iştirakla yanaşı, ikitərəfli görüşlər keçirib. Bunlardan Tərəflər Konfransına ev sahibliyi edən Misirin ətraf mühit naziri ilə görüş, eyni zamanda Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Misir üzrə koordinatoru, ölkəmizdə həyata keçirilən bir çox ekoloji layihələr və təşəbbüslər üzrə tərəfdaşımız olan cənab Alessandro Frakassetti ilə görüşləri qeyd etmək olar.

Yaşıl İqlim Fondu rəhbərliyini təmsil edən cənab Henri Qonsaleslə görüşdə iqlim dəyişmələrinin iqlim sisteminə təsirlərinin yumşaldılması və iqlim dəyişmələri təsirlərinə uyğunlaşma tədbirləri üzrə mümkün əməkdaşlıq yolları müzakirə edilib.

Azərbaycan tərəfi növbəti dəfə regional əməkdaşlığa açıq və hazır olduğunu bildirərək ekoloji problemlərin həlli üçün regional platformanın yaradılmasının vacibliyini bildirib.

İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspert Qrupunun (İPCC) rəhbərliyi ilə görüş zamanı digər məsələlərlə yanaşı, konvensiyanın elmi orqanı olan təşkilatın (İPCC) aparıcı müəllif- alimlərin iştirakı ilə iqlim dəyişmələri üzrə regional tədbirin 2023-cü ildə Azərbaycanda keçirilməsi məsələsi müzakirə edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir