Siyasət

Azərbaycanla sülh istəyən ermənilər: “Yaşayış səviyyəsi yaxşılaşacaq” – VİDEO

Sharing is caring!

Türkiyə ilə sərhəd kənddə yaşayan ermənilər Azərbaycan və Türkiyə ilə sülh içində yaşamağın tərəfdarıdırlar.

Ermənistan vətəndaşının sözlərinə görə, ölkələr arasındakı düşmənlik başda Robert Koçaryan olmaqla yalnız Ermənistanın əvvəlki hakimiyyətinə sərf edirdi:

“Mən Türkiyə ilə sərhədlərin açılması tərəfdarıyam. Belə olduğu halda insanlar ticarətlə məşğul olacaq və yaşayış səviyyəsi yaxşılaşacaq. Əhalinin 90%-i Türkiyə istehsalı olan paltarlar geyinir. Türklərə nifrət bəsləsək, o paltarları da geyinə bilməyəcəyik. İllərdir ki, sərhədlərimiz bağlıdır. Biz Türkiyəyə Rusiyadan və Gürcüstandan gedirik. Mən Azərbaycanla sülh müqaviləsinin bağlanmasının da tərəfdarıyam və müharibəyə qarşıyam”.

Daha ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir