Siyasət

Türkiyəli səyyah: “Milli bayramımızı Qarabağda qeyd etməkdən qürur duyuruq”

Sharing is caring!

“Bu gün Türkiyənin Respublika Günüdür və milli bayramımızı Qarabağda qeyd etməkdən qürur duyuruq”.

Bunu “Report”a açıqlamasında “Türkiyə Gəzginlər Klubu” dərnəyinin üzvü Səlahəddin Eyyuboğlu deyib.

“Biz haqq səsimizi dünya ictimaiyyətinə çatdırmaq üçün hər daim bir yerdə olmalı, qardaş xalqlar olaraq bir-birimizdən dəstəyimizi əsirgəməməliyik. Böyük arzu və sevinclə işğaldan azad edilən ərazilərə səfərə gəldik. Lakin təəssüf ki, burada ermənilərin törətdikləri vəhşiliyi öz gözlərimizlə gördük və bu bizi dərindən üzdü. Ermənilər 30 il ərzində salamat bir bina belə qoymayıb, 44 günlük müharibə dövründə isə Azərbaycan əsgəri qarşısında tab gətirə bilməyərək qaçıblar” – o bildirib.

Klub üzvü vurğulayıb ki, ermənilər təkcə Qarabağda yox, Türkiyədə də vəhşiliklər törədib, türklərə böyük əziyyətlər, işgəncələr ediblər:

“Bu gün də türk torpaqlarında ermənilərin vəhşiliklə qətlə yetirdikləri insanların kütləvi məzarlıqları aşkarlanır. Qərb və onlara himayədarlıq edən dövlətlər isə bu vəhşilikləri görmür. Çünki bir çox Qərb dairələri və beynəlxalq təşkilat erməni lobbisinin oyuncağına çevrilib”.

S.Eyyuboğlu Azərbaycanın arxasında böyük türk xalqının dayandığını söyləyib:

“Biz qardaşlarımızla birgə bütün çətinliklərin öhdəsindən gələcəyik. Ədalət isə gec-tez bərpa olunacaq və ermənilər törətdikləri vəhşiliklərə görə cavab verməli olacaqlar”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir