Siyasət

XİN-dən Məmmədyarov və Mnatsakanyan görüşü barədə AÇIQLAMA

Sharing is caring!

Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin mümkün görüşünü şərh edib.

XəbərAl.az Trend-ə istinadən xəbər verir ki,  XİN-in mətbuat xidmətindən bildirilib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri və ATƏT-in Minsk Qrupunun həmsədrləri arasında əldə edilmiş razılığa əsasən növbəti görüşün tarixi və yeri barədə məlumat zamanı gəldikdə açıqlanacaq.

Xatırladaq ki, ötən ay Milanda keçirilmiş ATƏT XİN Şurasının iclası zamanı tərəflər arasında 2019-cu ilin əvvəlində görüşün keçirilməsi barədə razılığın əldə olunduğu bildirilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir