Siyasət

BMT ərazilərin minalardan təmizlənməsi ilə bağlı Azərbaycana strateji təkliflər verir – AÇIQLAMA

Sharing is caring!

“Mən Azərbaycanla BMT arasında əlaqələrin qurulmasının ildönümünün qeyd edilməsindən böyük məmnunluq duyuram”.

Oxu.Az-ın məlumatına əsasən, bunu BMT-nin Azərbaycan üzrə rezident əlaqələndiricisi Vladanka Andreeva BMT-Azərbaycan tərəfdaşlığının 30-cu ildönümünə həsr olunan tədbirdə deyib.

O bildirib ki, BMT ilə Azərbaycan arasındakı əməkdaşlıq və tərəfdaşlıq yüksək səviyyədədir.

Diplomat qeyd edib ki, 2022-ci ildə Azərbaycan-BMT əlaqələri məhsuldar olub.

“BMT Qarabağ münaqişəsindən sonra da Azərbaycanın  gördüyü işlərə dəstək verir, bu, ərazilərin minalardan təmizlənməsindən tutmuş, təhsil, səhiyyə, məcburi köçkünlərin məşğulluğunun təşviq edilməsi sahələrinə qədər müxtəlif platformaları əhatə edir”, – deyə o əlavə edib.

V.Andreeva, BMT ərazilərin minalardan təmizlənməsi üzrə Azərbaycana strateji təkliflər verir:

“Biz Azərbaycana növbəti illərdə də dəstək olmağa davam edəcəyik”.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir