Siyasət

İran XİN-i: “Biz Ermənistan-Azərbaycan münaqişəsinin birdəfəlik sona çatmasına kömək etmək fikrindəyik”-VİDEO

Sharing is caring!

“Biz Ermənistan-Azərbaycan münaqişəsinin birdəfəlik sona çatmasına kömək etmək fikrindəyik”.

Bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan Ermənistanda yaşayan İran vətəndaşları ilə görüşündə deyib.

“Tehran və İrəvan əlaqələri inkişaf etməkdədir. Cənubi Qafqaz regionu sülh və sabitlik əldə etməlidir. Biz Ermənistan və Azərbaycan arasında hazırkı münaqişənin həmişəlik sona çatmasına yardım etmək fikrindəyik və iki ölkə arasında sərhədlər müəyyən olunmalıdır”, – deyə o, bəyan edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir