Siyasət

Azərbaycanda fondun nizamnamə kapitalı 95 milyon manat artırıldı – FƏRMAN

Sharing is caring!

İpoteka və Kredit Zəmanət Fondunun nizamnaməsinə dəyişiklik edilib.

Prezident.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən, Fondun nizamnamə kapitalı 95 milyon manat artırılaraq 798 milyon manatdan 893 milyon manata çatdırılıb.

Kapital artımında məqsəd güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsidir. Artım 2022-ci ilin dövlət büdcəsindən Fonda ayrılmış vəsait hesabına təmin ediləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir