Siyasət

İlham Əliyev: “Azərbaycan regionda sülhə nail olmaq üçün kifayət qədər konstruktiv tezislər təklif edib”

Sharing is caring!

Azərbaycan-Rusiya münasibətləri ən yüksək səviyyəyə çatıb. Biz bir çox məsələlər üzrə fəal surətdə irəliləyirik. İqtisadi-ticari əlaqələr üzrə əmtəə dövriyyəsində artım var. İndi müəyyən etdiyimiz və bundan əvvəlki görüşlərdə razılaşdırdığımız layihələr bizə qarşılıqlı ticarəti daha da artırmaq imkanı verəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Astanada Rusiya Prezidenti Vladimir Putinlə görüşündə görüşdə bildirib.

“Biz bütün istiqamətlər üzrə müsbət dinamika görürük. Lakin, əlbəttə, hər bir görüşdə biz regionumuzda təhlükəsizliyə, sülhə nail olmaq məsələlərindən yan keçmirik. Biz uzunmüddətli sülhə hədəflənmişik. Hesab edirik ki, nəhayət, bu sülhə nail olmaqdan ötrü öz tərəfimizdən kifayət qədər konstruktiv tezislər təklif etmişik”, – deyə dövlətimizin başçısı qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir