manset Siyasət

“Partiya sədriyəm, maşın saxlamaq üçün 10 dəfə fırlanıram”

Sharing is caring!

“Mən özüm partiya sədriyəm, qərargahın qarşısında maşınımı saxlamaq üçün 10 dəfə fırlanıram. Şəhərdə parklanma yerləri yoxdur, amma gəlib hamını cərimələyirlər”.

XəbərAl.az  xəbər verir ki, bunu deputat Tahir Kərimli Milli Məclisin plenar iclasında “Dövlət rüsumu haqqında” qanun layihəsinə təklif edilən dəyişikliyin müzakirəsində deyib.

Deputat qeyd edib ki, həmin adamların məqsədləri odur ki, daha çox cərimə yazıb ondan faiz tutsunlar: “Cərimələrlə bunların maddi vəziyyətinin yaxşılaşdırılmasını istəyiriksə, qoy eybi yox, dövlət bir az ziyana düşsün. Amma bunların əməkhaqqını artıraq. Cərimələri yazmaqla nə qədər insanda narazılıq yaradırlar.

1 milyon 200 mindən çox avtomobil var. Hamısı cərimələrdən narazıdır. Parklanma yeri yoxdur, amma gəlib hamını cərimələyirlər. Ötən dəfə də demişdim ki, bir nəfər ölmüş vətəndaşın vəsiqəsi əllərinə düşmüşdü, ona da cərimə yazmışdılar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir