Siyasət

Tarixi köklər xalqları birləşdirən ən vacib amildir

Sharing is caring!

       Prezident İlham Əliyevin Qırğız Respublikasıa rəsmi səfəri ilə iki ölkə arasında münasibətlərin inkişafında möhtəşəm bir addım atıldı. Prezident Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclasında deyib ki, artıq yarım ildir, Azərbaycan və Qırğızıstan rəsmi şəkildə strateji tərəfdaşdırlar. Dövlətimizin başçısı bildirib: “Biz Bakıda qəbul etdiyimiz Bəyannaməni daha konkret məzmunla zənginləşdirəcəyik. Düşünürəm ki, birgə investisiya fondunun yaradılması barədə qərar belə amillərdən biridir”.

       Qırğızıstanla da Azərbaycan arasında qarşılıqlı anlaşma mühiti hökm sürür. Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda hər zaman bir-birinin mövqeyini dəstəkləyir. Şuşa şəhərinin gələn il türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsü də Qırğızıstan tərəfindən dəstəklənib.

      Bildiyimiz kimi hər zaman beynəlxalq müstəvidə Azərbaycan və Qırğızıstan bir-birinə dəstək olur. Eyni zamanda Azərbaycan-Qırğzıstan münasibətləri dostluq və qardaşlıq münasibətləri səviyyəsindədir. Humanitar sahə dövlətlərarası münasibətlərdə həmişə mühüm yer tutub. Azərbaycanın qədim Şuşa şəhərinin gələn il türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsünü Qırğızıstan dəstəkləmişdir. Səfəri çərçivəsində imzalanmış sənədlər mövcud potensialdan faydalanmaq üçün zəmin yaradır. Qırğızıstan iqtisadiyyatının enerji sektoru Azərbaycan şirkətləri üçün maraqlı ola bilər. Enerji sektorunun inkişafı istiqamətində Azərbaycanın investisiya potensialı Qırğızıstan üçün kifayət qədər faydalı ola bilər.

       Birgə bəyanatlar zamanı səsləndirilən fikirlər və imzalanan sənədlər bundan sonra iki ortaq kökə malik ölkə arasında münasibətlərin daha da inkişaf etdiriləcəyinin əyani sübutu oldu. Azərbaycan və Qırğızıstan arasında əlaqələr müxtəlif sahələr üzrə bundan sonra da genişlənəcək. Hər şeydən aydın görünür ki,  görüş zamanı iki ölkə arasındakı münasibətlər yeni impuls verəcək və münasibətlər daha da dərinləşəcək. Bu eyni zamanda həm iki ölkənin inkişafına, qarşılıqlı əməkdaşlığına xidmət edəcək.

      Mirhəsəın Nəsirov,

Cəlilabad Rayon Suvarma Sistemləri İdarəsinin rəisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir