manset Siyasət

Qazaxıstanın Azərbaycana yeni səfiri təyin edilib

Sharing is caring!

Prezident Kasım-Jomart Tokayevin fərmanına əsasən, Serjan Abdıkarimov Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.

Bu barədə XəbərAl.az-a Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

S.Abdıkarimov 1976-cı il mayın 11-də Karaqanda şəhərində anadan olub. 1993-1998-ci illərdə Abay adına Almatı Dövlət Universitetində təhsil alıb. Diplomatik fəaliyyətinə 1998-ci ildə Üçüncü departamentin Avropa və Amerika idarəsinin referenti qismində başlayıb. O, Qazaxıstanın Cənubi Koreya, Avstriya, Böyük Britaniyadakı səfiliklərində müxtəlif vəzifələrdə çalışıb, ölkəsinin Bolqarıstandakı müvəqqəti işlər vəkili vəzifəsini icra edib.

Azərbaycana səfir təyin olunan qədər S.Abdıkarimov 2015-ci ildən Qazaxıstanın Çexiya, eyni zamanda Slovakiyadakı səfiri vəzifəsində çalışıb.

Ailəlidir, 4 övladı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir