Siyasət

“Hansı dövlətdə 23 il eyni vəzifədə işləmək olar?!”

Sharing is caring!

“Hansı hökumətdə, hansı dövlətdə 23 il eyni vəzifəni icra etmək olar?! Hansı tarixdə bunu oxumusunuz?!”.

XəbərAl.az  xəbər verir ki, bu barədə “Modern.az”a açıqlamasında baş nazirin sabiq müavini Abid Şərifov bildirib.

A. Şərifov 79 yaşında təqaüdə çıxdığını xatırladaraq bildirib: “23 il sizə kiçik görünməsin. Ona görə də hər zaman prezidentimə minnətdar olmuşam və indi də minnətdaram. Eyni zamanda, ulu öndərimizin də ruhu şad olsun. Ömrüm boyu ulu öndərimizə borcluyam. Yaşımdan asılı olmayaraq cənab prezidentimin, xalqımın əsgəriyəm. Həmçinin, ailəm də, övladlarım da dövlətçilik yolunda hər şeyə hazırdır”.

Qeyd edək ki, bu gün Abid Şərifovun 79 yaşı tamam olur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir