Siyasət

Parlament Vətən müharibəsinin ikinci ildönümü ilə bağlı bəyanat qəbul etdi

Sharing is caring!

Milli Məclisin plenar iclasında Vətən müharibəsinin başlamasının ikinci ildönümü ilə əlaqədar bəyanat qəbul edilib. 

Oxu.Az-ın məlumatına əsasən, bəyanatı deputat Soltan Məmmədov oxuyub. 

Bəyanatda Ermənistanın Azərbaycan torpaqlarını 30 il işğal altında saxladığı, BMT Təhükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməməsi qeyd olunub. 

Bəyanatda Azərbaycanın əks-hücum əməliyyatları ilə Ermənistanın işğalına son qoyulduğu xatırladılıb. 

Sənəddə qeyd olunub ki, Azərbaycan Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarını çiçəklənən məkana çevirəcək. 

“Milli Məclis ümid edir ki, Ermənistan öz məsuliyyətini dərk edərək, regiona, təhlükəsizliyə zərər vura biləcək əməllərdən əl çəkəcək”, – deyə bəyanatda bildirilib. 

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir