Siyasət

Gənclər Təşkilatlarının Resurs Mərkəzində Təhsil Tələbə Krediti Fondu ilə görüş keçirilib – FOTO

Sharing is caring!

14 sentyabr 2022-ci il tarixində Gənclər Təşkilatlarının Resurs Mərkəzində gənclər təşkilarlarının nümayəndələrinin Təhsil Tələbə Krediti Fondu ilə görüşü keçirilib. Görüşdə İdarə Heyətinin sədr müavinləri və Fondun digər nümayəndələri, Elm və Təhsil Nazirliyinin struktur rəhbərləri, Gənclər və İdman Nazirliyinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, gənclər təşkilatlarında fəaliyyət göstərən gənclərin əksəriyyəti tələbələrdir. Onları maraqlandıran suallar və narahat edən məsələlər ətrafında “Təhsil Tələbə Krediti Fondunun fəaliyyəti və gənclərə yaradılan imkanlar” mövzusunda keçirilmiş görüşün əsas məqsədi üzvlüyündə geniş tələbə kütləsinə malik olan gənclər təşkilatlarına Fondun fəaliyyəti ilə bağlı məlumatı təqdim etmək və bu istiqamətdə müzakirələr aparmaqdan ibarət olub. 

NAYORA-nın Baş katibi Ramin Həbibzadənin moderatorluğu ilə keçirilən görüş NAYORA-nın sədri Azər Əliyevin açılış nitqi ilə öz işinə başlayıb. İlk olaraq Fondun İdarə Heyətinin sədr müavini Bəhruz Əzimov çıxış edərək ölkə Prezidenti İlham Əliyev tərəfindən təhsilə və təhsil işçilərinə olduqca böyük diqqət və qayğı göstərildiyini, mütəmadi olaraq gənclər üçün ölkəmiz tərəfindən yeni fürsətlər yaradıldığını, təhsilin maddi-texniki bazası, infrastrukturunun yeniləndiyini qeyd edib. Daha sonra çıxışında Fondun fəaliyyətinin əsas məqsədinin təhsilə əlçatanlığı təmin etməkdən, təhsil almaqda bərabər imkanlar yaratmaqla yanaşı təhsilin əhatə dairəsini genişləndirməkdən və təhsilin keyfiyyətini yüksəltməkdən ibarət olduğunu vurğulayıb. 

Daha sonra görüş iştirakçılarının TTKF-in fəaliyyət istiqamətləri, Fonda müraciət qaydaları və təhsil tələbə kreditlərinin verilməsi meyarları barədə ünvanladıqları suallar cavablandırılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir