Siyasət

Amerikalı səyyah: “Qarabağda erməni vandalizminin izlərini gördük”

Sharing is caring!

“Az öncə Zəngilana, Ağalı kəndinə gəlmişik. Qarabağda olarkən, Zəngilana gələrkən erməni vandalizminin izlərini gördük. Bu, çox böyük təəssüf doğurur”.

Bu fikirləri “Report”a hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində səfərdə olan amerikalı səyyah Çarlz Adams deyib.

Onun sözlərinə görə, bütün dağıntılar, vandalizm aktlarının olmasına baxmayaraq, bölgədə sürətlə davam edən abadlıq-quruculuq işləri heyrətləndiricidir:

“Ağalıda, bu “ağıllı kənd”də hər cür şəraitin olduğunu müşahidə edirik: apteklər, supermarketlər, eyni zamanda kafelər, məktəblər. İnsanların burada işlə təmin olunması da ayrıca sevindirici haldır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir