Siyasət

XİN başçısı: “Daşkənd Bəyannaməsi əməkdaşlığın dərinləşdirilməsində marağımızı sübut edir”

Sharing is caring!

“Azərbaycan, Türkiyə və Özbəkistan arasında yeni üçtərəfli əməkdaşlıq formatı müxtəlif sahələr üzrə birgə layihələrin işlənib hazırlanmasına və həyata keçirilməsinə öz töhfəsini verəcək, qarşılıqlı maraq kəsb edən regional məsələlər üzrə əməkdaşlığı möhkəmləndirəcək”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Daşkənddə keçirilən Özbəkistan-Azərbaycam-Türkiyə formatında görüşün yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

“Biz energetika, xüsusilə də bərpa olunan enerji mənbələri sahəsində imkanları nəzərdən keçiririk”, – nazir deyib.

O, görüş zamanı beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsinin, həmçinin Əfqanıstandakı vəziyyətin müzakirə olunduğunu vurğulayıb.

C.Bayramovun sözlərinə görə, Daşkənd Bəyannaməsi və üçtərəfli görüşün nəticələri bütün tərəflərin əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduğunu sübut edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir