Siyasət

Asəf Hacıyev: “QDTİB Qarabağın bərpasında iştirak etməlidir”

Sharing is caring!

“Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpa olunmasında iştirak etməlidir. Yatırım etmək, inkişaf gətirmək, insanlara yardım etmək və eyni zamanda qazanmaq mümkündür”.

Bunu “Report”a açıqlamasında Bakıda keçirilən Qara Dəniz Ticarət və İnkişaf Bankının 24-cü İllik Toplantısında Bankın Parlament Assambleyasının Azərbaycan üzrə baş katibi Asəf Hacıyev bildirib.

“QDTİB-in yardımı ilə Qarabağda biznesə yatırım edilməsi ilə yanaşı evlərin bərpası da mümkündür. Bu, humanitar missiyadır. Bankın bu işi görməsi məqsədə uyğun olardı. Biz insanıq və başa düşməliyik insanların həyatı, taleyi daha önəmlidir. Bir milyon köçkünün taleyinə laqeyd yanaşmaq olmaz”, – o qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir