manset Siyasət

Bir erməni əsgər öldü, ikisi yaralandı: İrəvanın hədəfi nədir?

Sharing is caring!

Ermənistan Xarici İşlər Nazirliyi dünya ictimaiyyətinin fikrini yanlış yerə yayındırmaq istədiyi üçün bu cür bəyanatlar verir.

Bu sözləri Axar.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov Ermənistan XİN-in sərhəddə gərginliyin artmasına dair verdiyi açıqlamanı şərh edərkən qeyd edib. O bildirib ki, son zamanlar cəbhədə Ermənistanın atəşkəsi pozması bu dövlətin aqressiv, eyni zamanda, işğalçı siyasətinin mahiyyətindən irəli gəlir:

“Azərbaycan tərəfindən düşmənə tutarlı cavab verilir. Bu, Ermənistan tərəfindən bilərəkdən regionda vəziyyətin gərginləşməsi və Azərbaycan Sərhəd Xidmətinə olan bir təzyiqin nəticəsidir. Ancaq Ermənistan bilməlidir ki, aqressiv və işğalçı mahiyyəti dəyişmədikcə bu cür itkilər yaşayacaq. Bu halların qarşısını almaq istəyirsə, yeganə yol işğalçı qüvvələrini Azərbaycan ərazilərindən çıxarmaqdır”.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması və snayperlərin Azərbaycan hərbi tibb xidmətinə aid maşınını gülləyə tutması barədə rəsmi açıqlama verilib. Cavab atəşi nəticəsində düşmənin atəş nöqtələri susdurulub.

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Dövlət Sərhəd Xidmətinin cavab atəşi nəticəsində bir hərbçisinin öldüyünü, iki hərbçisinin isə yaralandığını açıqlayıb. Ermənistan XİN isə sərhəddəki gərginliyin məsuliyyətindən yayınmağa xidmət edən bəyanat verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir